1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Məktəblinin dostu” qalibləri mükafatlandırdı
15.04.2017 / No13

 

 

 


“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblər arasında keçirilən “Mənim sevimli müəllimim” şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bakı şəhəri üzrə 53 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində layihə rəhbəri Rüstəm Ağayev bildirib ki, şeir müsabiqəsində məqsəd məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Qeyd edək ki, layihəyə daxil olan 30 ümumi təhsil məktəbinin şagirdləri qeyd olunan mövzuda öz şeirlərini videoçarx şəklində təqdim ediblər. Hər məktəb üzrə seçilən bir videoçarx məktəb adından müsabiqəyə təqdim olunub və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
İlk mərhələdə ən çox baxılan (baxış sayları bərabər olduğu təqdirdə “like”-lərin sayı nəzərə alınıb) 11 videoçarx münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında qalib məktəblər seçilib. Qaliblər şeirin bədii gözəlliyinə, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş üslubuna görə müəyyənləşdirilib.
Yekun nəticələrə əsasən, “Mənim sevimli müəllimim” şeir müsabiqəsinin qalibləri 5, 57 və 117 nömrəli tam orta məktəblər olub.



 

yuxarı ⤴