1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Alternativ enerji” aylığı başa çatıb
15.04.2017 / No13

 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən “Alternativ enerji” aylığının qalibləri məlum olub.
Martın sonunda Bakı şəhərindəki ümumi təhsil məktəblərinin “Alternativ enerji” mövzusu üzrə fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyasında 5, 156, 191 və 203 nömrəli məktəblər qalib adına layiq görülüb.
Daha 11 məktəb (36, 46, 53, 121, 126, 149, 220, 232, 247, 258, 278) fəallıqları ilə seçilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Bakı şəhərinin 12 inzibati rayonunun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına, AMEA Fizika İnstitutuna ekskursiyaları təşkil edilib.



 

yuxarı ⤴