1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir
15.04.2017 / No13

 

 

 


IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib.
Şəmkir Olimpiya İdman Kompleksində yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib.
900 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda yunan-Roma güləşi idman növü üzrə I yerə Gəncə, II yerə Goranboy, III yerə Şəmkir, atletika idman növü üzrə I yerə Xaçmaz, II yerə Xızı, III yerə Sumqayıt, basketbol idman növü üzrə I yerə Şirvan, II yerə Hacıqabul, III yerə Sabirabad, boks idman növü üzrə I yerə Balakən, II yerə Ağdaş, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Masallı, II yerə Lənkəran, III yerə Biləsuvar, stolüstü tennis idman növü üzrə I yerə Salyan, II yerə Masallı, III yerə Neftçala, karate idman növü üzrə I yerə Nəsimi, II yerə Sabunçu, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb.
Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib.



 

yuxarı ⤴