1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İdmançılarımız beynəlxalq turnirə vəsiqə qazanıb
15.04.2017 / No13

 
 

 

 


Aprelin 6-dan 10-dək İzmir şəhərində “Altınordu” Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan “U-10 Champions Trophy” futbol yarışının Türkiyə üzrə seçmə yarışları keçirilib. Türkiyənin 40 futbol komandasının qatıldığı yarışa Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası da dəvət alıb.
Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Finalda komandamız Türkiyənin “Bəylikgücü” futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və “U-10 Champions Trophy” beynəlxalq turnirinə vəsiqə qazanıb. Turnirin ən yaxşı, eyni zamanda ən sərrast oyunçusu “Vətən” Futbol komandasının üzvü Anar Hüseynov seçilib. Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.
Yarışda iştirak edəcək “Vətən” futbol komandasının bütün xərcləri Türkiyənin “Altınordu” Futbol Klubu tərəfindən ödəniləcək.
“U-10 Champions Trophy” - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.



 

yuxarı ⤴