1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bakı Dövlət Universiteti İdman Akademiyasına qarşı
15.04.2017 / No13

 

 

 


Rəşad ZİYADOV

Fevralın 22-dən start götürən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatının yarımfinal mərhələsi aprelin 13-də baş tutub. Yarımfinal oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qarşılaşıb.
Final oyunu uğrunda mübarizədə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları fərqləniblər. Bu komandalar aprelin 29-da Bayıl Arena stadionunda birincilik uğrunda mübarizə aparacaqlar. Həmin gün Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları isə III yer uğrunda meydançaya çıxacaqlar.
Xatırladaq ki, çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunur.
Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.



 

yuxarı ⤴