1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronika
22.04.2017 / No14

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.

* Dövlət başçısı İlham Əliyev aprelin 20-də Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev aprelin 18-də Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.

* Aprelin 17-də Prezident İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib. Həmin gün dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. Ölkə rəhbəri müşavirədə giriş və yekun nitqləri söyləyib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16-17 aprel 2017-ci il tarixlərində Yevlax rayonunda səfərdə olub. Dövlət başçısı səfəri çərçivəsində aprelin 16-da bir sıra obyektlərin açılışında iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin - referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu göndərib.




 

yuxarı ⤴