1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





SABAH qruplarına tələbə qəbulu elan olunub
22.04.2017 / No14

 
 

 

 


Bu il 748 savadlı, bacarıqlı, hazırlıqlı məzun mütəxəssis kimi əmək fəaliyyətinə başlayacaq

Yusif ƏLİYEV

SABAH qruplarına 2017-2018-ci tədris ili üçün tələbə qəbulu üzrə müsabiqə elan edilib.
Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 61-dən yüksək olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.
Qəbul üçün müraciət etmək istəyən tələbələrə elektron ərizə doldurmazdan əvvəl müvafiq “Təlimat”la və “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış olmaq tövsiyə edilir.
Elektron ərizəni doldurmaq üçün http://sabah.edu.az/az/qeydiyyat/ saytına müraciət olunmalıdır.
Qeydiyyat üçün son tarix Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Konservatoriyası üzrə aprelin 27-si, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə isə mayın 7-dir.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yaradılıb. Hənin il üçmərhələli müsabiqədən keçmiş 7 ali məktəb üzrə 688 tələbə bu qruplara qəbul olunub. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinə nail olmaq üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının artan tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.
Hazırda SABAH qruplarında 11 baza ali məktəbində 45 ixtisas üzrə 2300 tələbə təhsil alır. Onlarla müsabiqə yolu ilə seçilmiş müəllimlər tədris aparır. SABAH qruplarında təhsil alan tələbələrə SABAH təqaüdü verilir. 50 manat məbləğində olan bu təqaüdü ilk semestrdə bütün tələbələr alır. Növbəti semestrlərdə isə təqaüdçülər akademik göstəricilərə əsasən müəyyənləşdirilir və onlar 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar. Ehtiyac duyan, xüsusən də regionlardan olan tələbələr pulsuz yataqxana ilə təmin olunurlar. Yataqxanada, həmçinin, gündə 3 dəfə pulsuz yemək verilir.
Bu il SABAH-ın ilk buraxılışı olacaq. 748 savadlı, bacarıqlı, hazırlıqlı məzun mütəxəssis kimi əmək fəaliyyətinə başlayacaq. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə SABAH Karyera Akademiyası yaradılıb. Akademiya proqramı peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. Akademiya çərçivəsində bu il məzun olacaq SABAH qrupları tələbələrinin uğurlu karyera başlanğıcına və sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək məqsədi ilə Qubada SABAH Karyera Qış Məktəbi layihəsi reallaşdırılıb, SABAH İnnovasiya Forumu keçirilib.





 

yuxarı ⤴