1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC-də ixrac üzrə mütəxəssislər hazırlanacaq
22.04.2017 / No14

 
 

 

 


Prezidentin göstərişlərinin həyata keçirilməsi istiqamətində ilk addımların atılmasına başlanıb

Yusif ƏLİYEV

Kadr hazırlığını daim dəyişən bazarın tələblərinə uyğunlaşdırmaq ali təhsilin qarşısında hər zaman prioritet məsələ kimi durur. Ölkəmizdə qeyri-neft sektorunda inkişaf getdiyi, dövlət başçısının rəhbərliyi altında bu istiqamətdə məqsədyönlü addımlar atıldığı hazırkı şəraitdə isə bu məsələ xüsusilə aktuallıq kəsb edir. Qeyri-neft sektoru inkişaf etdikcə, istehsal artdıqca adekvat olaraq ixrac potensialı da yüksəlir və məhsulun reallaşdırılması üçün müvafiq bazarların axtarışı zərurətə çevrilir. Bütün bunlar isə qeyri-neft sektorunda, xüsusən də ixrac sahəsində çalışacaq mütəxəssislərin daha çevik şəkildə hazırlanmasını gündəmə gətirir. Məsələnin aktuallığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində də xüsusi vurğulanıb.
Prezident İlham Əliyev müşavirədəki yekun nitqində qeyri-neft sektoru üçün kadr hazırlığı məsələsinə toxunaraq bu işə xüsusi diqqət göstərilməsi tapşırığını verib. “Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq” -deyən dövlət başçısı həm bu sahədə mütəxəssislər qıtlığına bir növ mesaj verib, həm də bu işə başlamağı bir vəzifə olaraq qarşıya qoyub. Prezident vurğulayıb ki, “Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır”. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təliminin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran ölkə rəhbəri müvafiq dövlət orqanlarının bu işdə fəallıq göstərməli olduğunu bildirib.
Qeyd edək ki, dövlət başçısının bu göstərişlərinin həyata keçirilməsi üçün artıq ilk addımların atılmasına başlanıb. Belə ki, bu günlərdə ölkəmizdə ən böyük iqtisadyönümlü kadrlar hazırlığını həyata keçirən Azərbaycan Dövlət İqtisad Universitetində müşavirədən irəli gələn məsələlərə həsr olunmuş toplantı keçirilib. Toplantıda dövlət başçısının müşavirədə kadr hazırlığı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində görüləcək işlər barədə geniş müzakirə aparılıb.
Qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan rektor, professor Ədalət Muradov bu sahədə dövlət strategiyasına, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb.
Müzakirələrdə alimlər qeyri-neft ixracının stimullaşdırılmasına dair mövqelərini bildiriblər, UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər irəli sürülüb və təhlil edilib. Toplantı iştirakçıları qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. Ticarət və gömrük işinin təşkili kafedrasının nəzdində fəaliyyət göstərəcək mərkəzin əsas işi ölkədə neftdənkənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflərin irəli sürülməsi olacaq.
İqtisadiyyatın bu sahəsi üçün kadr hazırlığını təmin etmək məqsədilə universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması da toplantıda xüsusi qeyd edilib. İxracatçılara universitetin metodiki dəstək göstərməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlıq prinsiplərinin hazırlanması nəzərdə tutulub. İxrac mövzusunda tədqiqatların aparılması, dissertasiya işlərində bu mövzulara diqqətin artırılması təklifi də müsbət dəyərləndirilib. Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədilə beynəlxalq bazarların araşdırılması işinin təşkili ilə bağlı qərarlar verilib. Rektorun göstərişi ilə ixracatçılara dəstək işinə xarici bazarların araşdırılmasında həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olan UNEC müəllimlərinin, eyni zamanda ikili diplom proqramları əsasında xarici universitetlərdə tədrisini davam etdirən tələbələrin də cəlb edilməsi nəzərdə tutulub.
Tədbirdə habelə ixracatçı şirkətlərin nümayəndələrinin universitetə dəvət edilərək onlarla “dəyirmi masa”ların keçirilməsi də qərara alınıb.




 

yuxarı ⤴