1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elektron imza Elektron hökumətin vacib atributu kimi
22.04.2017 / No14

 
 

 

 


Şakir CƏFƏROV

Aprelin 18-də Azərbaycan Texniki Universitetində “Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açıq elan edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, “Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda elmi toplantı Azərbaycanda ilk dəfədir ki, reallaşdırılıb. Rektor əvəzi ulu öndərin dövlətçilik və güclü Azərbaycan modelinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və bunun bariz nümunəsi olaraq bu gün ölkədə “Asan imza” brendinin geniş vüsət aldığına diqqət çəkib. Qeyd edib ki, “Asan imza”dan istifadə insanlara vaxt itkisinin qarşısını almaqla yanaşı məmur-vətəndaş əlaqəsinin kəsilməsi yolu ilə neqativ halların aradan qaldırılmasına da geniş imkan yaradır. Bu baxımdan elektron imzanı informasiya cəmiyyətinin ən vacib atributu adlandıran Xalıq Yahudov bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət kəsb etdiyini qreyd edib.
Konfransın plenar iclasının çıxışçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev “Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri” adlı məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.
Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova, Dövlət Gömrük Komitəsinin idarə rəisi, Layihələrin idarə edilməsi Assosiasiyasının prezidenti, general-mayor İqbal Babayev və “Multimediya” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də çıxışlarında “Elektron hökumət”in qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd ediblər.
Ertəsi gün konfransın işi bölmə iclaslarında davam etdirilib. Ölkədə Elektron hökumətə olan dövlət qayğısı və qısa zaman ərzində bu sahədə peşəkar kadrların yetişməsi, elmi potensialın yüksək səviyyəyə çatdırılması bölmə iclaslarında məruzəçilərin aktiv çıxışları ilə özünü göstərib.
Konfrans çərçivəsində bir araya gələn elm adamları gələcəkdə “Açıq hökumət”in qurulması üçün artıq bazanın formalaşdırıldığını və bunun üçün vacib olan prosedurların nəzəri və təcrübi cəhətdən tətbiqinə başlanılması məsələsini də müzakirə ediblər.




 

yuxarı ⤴