1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bakı Mühəndislik Universitetinin 2 tələbəsi magistratura imtahanında yüksək nəticə göstərib
22.04.2017 / No14

 

 

 


Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov magistratura imtahanının I mərhələsində yüksək nəticə göstərən tələbələrlə görüşüb. Rektor çıxışında ulu öndər Heydər Əliyevin təhsilə diqqət və qayğısından söz açıb. Ulu öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Rektor görüşdə tələbələrin uğurlarına sevindiyini dilə gətirib. Onlara magistir imtahanının ikinci turunda da yüksək nəticələr göstərməyi arzulayıb.
Görüşdə iştirak edən universitetin prorektorları və dekanları da tələbələri təbrik ediblər.
Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin tələbəsi Qalib Sarayev magistratura imtahanının I mərhələsində mümkün 100 baldan 99 bal toplayıb. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyi qızıl medalla bitirib, 667 balla ali məktəbə daxil olub.
Yaşar Nəsibov Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbi qızıl medalla bitirib, 679 balla ali məktəbə qəbul olub. 5 il ərzində Prezident təqaüdü alıb.
Görüşdə söz alan Qalib Sarayev və Yaşar Nəsibov rektora təşəkkürlərini bildiriblər.
Sonda rektor tərəfindən tələbələrə təşəkkürnamə təqdim olunub.




 

yuxarı ⤴