1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi regional olimpiadada I yeri tutub
22.04.2017 / No14

 
 

 

 


Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə 15-16 aprel 2017-ci il tarixlərində “Regional fizika və riyaziyyat” fənn olimpiadası keçirilib. Bölgə gənclərinin dəqiq elmlərə olan həvəs və marağını artırmaq, ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq, istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxarmaq məqsədi daşıyan olimpiadanın açılışında LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov çıxış edərək bilik yarışmasına qatılan gənclərə uğurlar arzulayıb. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru, dosent Ruslan Həmidov ilk dəfə təşkil olunan regional olimpiadanın kollec tələbələri üçün əhəmiyyətindən danışıb, olimpiadanın yüksək səviyyədə təşkilinə görə rektor vəzifəsini icra edən professor Natiq İbrahimova və təşkilat komitəsinə minnətdarlığını bildirib.
Sonra olimpiadaya start verilib. Qeyd edək ki, olimpiada 3 istiqamətdə - orta məktəb şagirdləri, orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirilib. Bilik yarışmasına region üzrə 130-dan çox şagird və tələbə qatılıb. Onlardan 79 nəfəri LDU-nun tələbəsi, 9 nəfəri Lənkəran Dövlət Humanitar Kollecinin, 4 nəfəri Masallı Dövlət Regional Kollecinin , 4 nəfəri Astara Pedaqoji Kollecinin tələbələri, 43 nəfər isə regionun orta məktəblərinin şagirdləri idi. Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Gülnar Ağayeva riyaziyyat fənni üzrə 1-ci yerə, Kürsümxanım Əkbərzadə və Firuzə Qasımlı fizika fənni üzrə 2 və 3-cü yerlərə uyğun layiq görülüblər. Olimpiada qaliblərinin mükafatlandırılması mərasimdə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qalib tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Belə olimpiadaların müxtəlif fənlər üzrə mütəmadi keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov ölkənin inkişafının bugünkü gəncliyin səviyyəsindən, zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu diqqətə çatdırıb. Sonra olimpiada qalibləri mükafatlandırılıb. Ən yaxşı nəticə göstərən iki qalibə kubok, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Biliyi ilə fərqlənənlərin mükafatı isə fəxri fərmanlar və xatirə hədiyyələri olub.

Cəmil QULİYEV,
LDHK-nin müəllimi, tarix üzrə fəlsəfə doktoru




 

yuxarı ⤴