1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycançılıq ideyasının əsası: milli-mədəni kimlik
22.04.2017 / No14

 
 

 

 


Aprelin 17-də Bakı Slavyan Universitetində BSU-nun, Böyük Britaniyanın Kembric və Almaniyanın Berlin-Humboldt universitetlərinin birgə təşkilatçılığı ilə “Post-sovet Azərbaycanında milli-mədəni kimlik” mövzusunda elmi konfransı keçirilib.
Konfransın açılışında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanın müstəqillik dönəmində mənəvi dəyərləri bərpa etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Rektor müstəqil Azərbaycan Respublikasının qurucusu ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz milli-mənəvi dəyərlərin dayandığını, azərbaycançılıq ideyasının əsas götürüldüyünü qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ənənələri daha da inkişaf etdirdiyi, məhz dövlət başçısının sərəncamları ilə milli-mədəni kimlik məsələsinin dövlətçilik siyasətinin tərkib hissəsinə çevrildiyi qeyd edilib.
BSU-nun professoru Rəhilə Qeybullayeva konfransın xüsusi layihə üzrə baş tutduğunu və onun növbəti mərhələlərinin də olacağını bildirib. O, konfransda müzakirə olunacaq mövzuların rəngarəng olduğunu, burada dini dəyərlərdən tutmuş musiqiyədək bir çox mövzuların araşdırıldığını qeyd edib.
AMEA-nın humanitar bölməsinin rəhbəri, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında konfransın əhəmiyyətini vurğulayıb. O, milli-mədəni kimlik məsələsinin müstəqillik dövründə formalaşmış azərbaycançılıq ideyasının əsasını təşkil etdiyini bildirib. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı Azərbaycanda milli-mədəni kimlik məsələsinin tarixinə ekskurs edərək, onun zaman-zaman dəyişildiyini qeyd edib. O, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasında milli-mədəni kimliyin xüsusi önəmi barədə məlumat verib.
Daha sonra Berlin-Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria Aux və Kembric Universitetinin professoru Çarlz Melvil çıxış ediblər. Qonaqlar belə bir ciddi mövzunun gündəmə gətirilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
İki gün davam edən konfransın bölmə iclaslarında “Milli kimliklərin dəyişməsi dövrü”, “Yeni milli-mədəni kimliklərin formalaşması dövrü” mövzuları müzakirə edilib, “Post-sovet Azərbaycanında tarixi normativlər və mədəniyyət quruculuğu” məsələsi ətrafında diskussiyalar aparılıb.




 

yuxarı ⤴