1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Məktəblinin dostu”ndan yeni təşəbbüs
22.04.2017 / No14

 
 

 

 


“Məktəblinin dostu” və “ASAN könüllüləri” təşkilatının “Mədəniyyət carçısı” layihəsinin birgə təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsəri səhnələşdirilib. Paytaxtdakı 194 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə səhnələşdirilən tamaşanı ümumilikdə 400-ə yaxın şagird və valideyn izləyib.
Qeyd edək ki, “Məktəblinin dostu” seçilmiş gənclər fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmin edilməsi istiqamətində müxtəlif tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış edirlər.
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.




 

yuxarı ⤴