1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
183 nömrəli tam orta məktəb 80 yaşında
22.04.2017 / No14

 

 

 


Sifai SƏFƏROVA

Bakının Xəzər rayonundakı 183 nömrəli tam orta məktəbin 80 illik yubileyi keçirilib. Yubiley tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin təmsilçiləri, məktəbin məzunları iştirak ediblər.
Öncə təhsil ocağının həyətində şagirdlər “Azərbaycan” mahnısı əsasında fləşmob nümayiş etdiriblər, mahnı və rəqslər ifa ediblər. Sonra isə məktəbin gənc idmançılarının çıxışları qonaqlarda xoş ovqat yaradıb. Bədii kompozisiya nümunələri başa çatdıqdan sonra qonaqlar təhsil ocağının yubileyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Məktəbin direktoru Rəhilə Abbasova rəhbərlik etdiyi təhsil ocağının keçdiyi inkişaf yolundan bəhs edib. 1937-ci ildən fəaliyyət göstərən məktəbdə hazırda 1114 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Bu günədək ümumilikdə məktəbin 3542 məzunu olub. Əvvəlcə 430 yerlik ilk korpusla yeddiillik məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1974-cü ildə tikilmiş 630 yerlik ikinci korpusla fəaliyyətini uğurla davam etdirib. Direktor bildirib ki, ölkəmizdə təhsil sisteminin inkişafı yeni mərhələyə qədəm qoyub. Modern təhsil ocaqlarının inşası, Avropa standartlarına uyğun avadanlıqlarla təminatı milli təhsilimizin mahiyyətcə inkişafına təkan verib.
Rəhbərlik etdiyi məktəbin bir sıra layihələrdə fəal iştirakını, hər il məzunların yüksək balla müxtəlif ali təhsil müəssisələrinə qəbul olunduqlarını diqqətə çatdıran Rəhilə Abbasova bildirib ki, qazanılan uğurlarda kollektivin əməyi böyükdür.
Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxışında bildirib ki, 183 nömrəli məktəb Xəzər rayonunun qabaqcıl təhsil ocaqlarındandır. Bu məktəbin məzunları arasında tanınmış insanlar çoxdur.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən söz açıb. O, gənc nəslin inkişafı, layiqli vətəndaşlar kimi yetişdirilməsi naminə dövlətin bütün imkanlardan istifadə etdiyini vurğulayıb.
Mərasimdə daha sonra çıxış edən qonaqlar, məktəbin təqaüddə olan veteran müəllimləri təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik ediblər.




 

yuxarı ⤴