1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Qələbəyə aparan yol”
22.04.2017 / No14

 

 

 


Şakir CƏFƏROV

Bakıdakı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə hərbi diktor, hərbi mahnıların ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Şəmistan Əlizamanlı ilə görüş keçirildi. “Qələbəyə aparan yol” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları, məktəb direktorları, valideynlər və başqa qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açaraq qonaqları salamladı. Dövlət himni səsləndirildi. Sonra tədbirin aparıcıları qonaq haqqında məlumat verdilər. Bildirdilər ki, Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mövzusunda bir çox mahnıların mahir ifaçısıdır. “Çağırır Vətən”, “Can Azərbaycan”,”Cənab leytenant”, “Sıravi Əhməd” və başqa mahnılar onun ifasında daha çox sevilir.
Tədbirdə məktəblilərin ifasında hərbi-vətənpərvərliyi tərənnüm edən şeirlər söynənildi, mahnılar oxundu və ədəbi-bədii kompozisiya nümayiş etdirildi. 5 “b”sinif çagirdi Nəzrin Quluzadənin ifasında Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Söz tanınmış hərbi diktor Şəmistan Əlizamanlıya verildi. O, məktəblilərlə görüşdən məmnun olduğunu qeyd etdi və tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirdi. Həm də özünün fəaliyyəti ilə bağlı maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda qonaq şagirdlər, müəllimlər və digər tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.




 

yuxarı ⤴