1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Vətənpərvərlik mövzusunda tədbir
22.04.2017 / No14

 
 

 

 


Niyazi RƏHİMOV

Aprelin 18-də Bakının Xətai rayonunda yerləşən 221 nömrəli tam orta məktəbdə şagirdlərə hərbi vətənpətvərlik tərbiyəsinin aşılanması məqsədi ilə “Qələbəyə aparan yol” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı KİV-nümayəndələri, valideynlər və digər şəxslər iştirak edib. Məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Rəşad Bədəlov tərəfindən təşkil olunan tədbir 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdu.
Öncə iştirakçılar vətən uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra aprel döyüşlərinə həsr olunan videoçarx nümayiş etdirildi. Videoçarxda ölkə Prezidenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsini Qələbəyə aparan yolun başlanğıcı olduğu fikri bir daha vurğulandı.
Tədbirdə çıxış edən məktəbin direktoru, əməkdar müəllim Fikrət Xəlilov tədris ocağında vətənpərvərlik ruhunda keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. Ötən il baş verən aprel döyüşlərində ordumuzun gücündən, hərbiçilərimizin döyüş ruhundan bəhs etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunacağını və bu qələbənin çox yaxında olduğuna inandığını bildirdi.
Tədbirdə şagirdlərin apreldəki döyüş səhnələrini əks etdirən çıxışları, söylədikləri vətənpərvəlik ruhlu şeirləri iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.




 

yuxarı ⤴