1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Qazaxıstanlı magistr tələbələr ADMİU-da elmi-təcrübi dərslər keçirlər
22.04.2017 / No14

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyada təhsil alan I kurs magistr tələbələrinin elmi-təcrübi dərsləri davam edir.
Rəssamlıq fakültəsinin təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasovanın rəhbərliyi ilə Kseniya Omelçenko, Samal Mamitova və Talğat Əbdildayev Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər. Tələbələr kompleksdə arxeoloji abidələr, yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər və digər qədim memarlıq nümunələri ilə yaxından tanış olublar. Daha sonra tələbələr dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Arif Əzizovun əsərlərini, ümumi yaradıcılığını izləyə biləcəkləri “Art House” emalatxanasının qonağı olublar.
Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Fəxri Məmmədli də öz növbəsində tələbələrə “İncəsənət sahəsində idarəetmə” haqqında məlumat verib. Bu sahənin Azərbaycanda mövcud durumu, son illər görülən işlər və inkişaf istiqamətləri mövzusunda müzakirələr aparılıb.
Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim, dosent Məryəm Babayeva tələbə Tolğanay Pazılakına vokal sənətinin incəlikləri, caz standartları, səsin quruluşu və qorunması haqqında ətraflı məlumat verib. Daha sonra Tolğanay musiqi sənəti fakültəsinin II kurs instrumental ifaçılıq ixtisası tələbəsi Natiq Yusibov, III kurs xalq çalğı alətləri ixtisası tələbəsi Məhəmməd Məmmədli və II kurs estrada sənəti ixtisası tələbəsi Məlik Məmmədov ilə birlikdə caz üslubunda əsərlər ifa edib.
Sonda proqram çərçivəsində qazaxıstanlı tələbələr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar və dirijor Ə.Bədəlbəylinin “Qız qalası” baletinə tamaşa edib.




 

yuxarı ⤴