1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tələbə startapı veb proqramlaşdırmanı tədris edir
22.04.2017 / No14

 

 

 


Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən startaplardan biri “Coders Azerbaijan”dır. Layihə veb proqramlaşdırma sahəsi üzrə təhsil xidməti göstərir.
Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə 3-cü kurs tələbələri Seymur Həmidov, Pərviz Əsədzadə İKT sektorunda mövcud vəziyyəti araşdıraraq belə nəticəyə gəliblər ki, hazırda bu sahədə veb proqramlaşdırma mütəxəssislərinə ciddi ehtiyac var. Əldə etdikləri nəticəyə əmin olduqdan sonra onlar “Coders Azerbaijan” startap layihəsini qurmağa qərar veriblər. Hazırda layihənin inkişafı BMU Texnopark tərəfindən dəstəklənir və uğurla davam etdirilir.
“Coders Azerbaijan” layihəsinin əsas məqsədi veb proqramlaşdırma sahəsinə maraq göstərənlər ilə eyni sahədə məşğul olan gənc və peşəkar mütəxəssislərin əməkdaşlığını inkişaf etdirməkdir. Layihənin hazırda təqdim etdiyi tədris proqramının müddəti 5 aydır və proqram intensiv şəkildə tədris edilir. Proqramın ilk 13 həftəsində (cəmi 200 saat olmaqla) tələbələr dərs alır, qalan 7 həftə ərzində isə təcrübə keçirlər. Proqramın iştirakçıları tədris müddəti ərzində real layihələr üzərində işləməklə beynəlxalq sertifikat imtahanına hazırlaşırlar. Bununla belə, tələbələr sosial fəaliyyətlərdə iştirak edir, komanda ilə işləməyin metodlarını öyrənir, təlim və seminarlarda iştirak edərək özlərini mütəxəssis kimi inkişaf etdirirlər.




 

yuxarı ⤴