1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bakı İdarəetmə və Texnologiya Kollecində könüllülərlə görüş
22.04.2017 / No14

 

 

 


Bakı İdarəetmə və Texnologiya Kollecinin 112 tələbəsi IV İslam Həmrəyliyi Oyunlarına könüllü qismində qatılacaq. Kollec rəhbərliyi həmin tələbələrlə görüşüb. Görüş 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə Təhsil Nazirliyinin 27 fevral 2017-ci ildə təsdiq olunan Tədbirlər Planına uyğun olaraq keçirilib.
Kollecin direktor müavini Xalid Məcidov İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verib. Bu yarışların İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli, çoxnövlü idman tədbiri olduğunu vurğulayıb.
Kollecin direktoru Varis Allahverdiyev mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında dünyanın 4 qitəsindəki 57 ölkədən 5 mindən artıq atletin 21 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacağını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, “Gücümüz həmrəylikdədir” şüarı altında Bakıda təşkil ediləcək oyunlara ümumilikdə 8 min könüllü cəlb edilib və onların 112 nəfəri kollecin tələbəsidir. Bunu gənclərə, tələbələrə, o cümlədən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələrinə göstərilən böyük etimad, inam kimi dəyərləndirən V.Allahverdiyev tələbə-könüllülərə üzərlərinə götürdükləri vəzifəyə daha məsuliyyətlə yanaşmağı, nümunəvi davranışları ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin adını ucaltmağı tövsiyə edib.
Direktor V.Allahverdiyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın təbliğində və tanıdılmasında xüsusi yer tutduğunu da dilə gətirib. Qeyd edib ki, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi iqtisadi və siyasi cəhətdən əhəmiyyətli hadisədir.
Görüşdə kollecin tələbə - könüllüləri də çıxış edərək fikir və təkliflərini səsləndiriblər.



 

yuxarı ⤴