1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Metodika
Biologiyadan dərs nümunəsi
22.04.2017 / No14

Şəkil1

 

Şəkil2

 

Şəkil3

 

Şəkil4

 

Şəkil5

 

Şəkil6

Leyli ƏLİYEVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Tərəqqi” medallı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Sinif: VII
Standart: 1.1.2.,1.1.4

Mövzu: Buğumayaqlılar tipi.Xərçəngkimilər sinfi
Məqsəd: Xərçəngkimilər, Hörümçəkkimilər, Cücülər sinfini buğumayaqlılar tipinin nümayəndəsi olmasını bilir.
Xərçəngkimilərin xarici və daxili quruluşunu təsvir edir.
Xərçəngkimilərin müxtəlifliyini tanıyır.
Təlim nəticəsi: Buğumayaqlıların müxtəlifliyi və xərçəngkimilərin quruluşu haqqında mülahizələrini şərh edir.
İş forması: Bütün siniflə iş, kiçik qrupla iş
İş üsulları: BİBÖ, beyin həmləsi, ifadəli oxu
İnteqrasiya: Coğrafiya 2.1.7, Azərbaycan dili 1.2.1, 1.2.2
Resurslar: Dərslik, İKT, iş vərəqləri, marker, qələm
Motivasiya:
Şagirdlərə şəkillər təqdim olunur və bu şəkillərdə hansı heyvanların təsvir olunduğu soruşulur. Onlar qurdları artıq tanıdıqlarından yönəldici suala uyğun bir az məlumat verə bilərlər. Digər siniflərin nümayəndələrini tanısalar da hansı tipə aid olduğunu bilmirlər. Elə bu səbəbdən təqdim olunan heyvan şəkillərindən ümumiləşdirən tipə aid mövzunu keçəcəklərini cavablandırırlar.(Şəkil1)

Tədqiqat sualı:
Buğumayaqlılar tipinin nümayəndələrinin həyat tərzi və quruluşu necədir?
Şagirdlərin tədqiqat aparmaları üçün təqdim olunan cədvəl üzrə cavablar səslənir. (Şəkil2)


Şagirdlər onlara təqdim olunan şəkillər üzrə qruplaşırlar (“xərçəng”, “hörümçək”, “cücü”). Bu təsvirləri onlar dərsi mənimsədikdən sonra “Öyrəndim” hissəsinə əlavə edərək cavablandıra bilərlər. Buğum-ayaqlılar tipi üç sinfə bölünür: xərçəngkimilər, hörümçəkkimilər, cücülər sinfi.
I qrup
İş vərəqi 1
Çay xərçənginin xarici quruluşunu təsvir və müxtəlifliyini şərh edin (Şəkil3)


II qrup
İş vərəqi 2
Xərçəngkimilər sinfinin həzm, sinir və cinsiyyət sistemlərinin xüsusiyyətlərini şərh edin. (Şəkil4)


III qrup
İş vərəqi 3
Xərçəngkimilərin qan-damar, tənəffüs və ifrazat sisteminin xüsusiyyətlərini izah edin.(Şəkil5)
Məlumat mübadiləsi:
Qruplar öz işlərini təqdim edirlər. Hər qrupa 2-3 dəqiqə vaxt verilir.
Məlumatın müzakirəsi və mübadiləsi aparılır. Səslənməyən məlumatlar söylənilir. BİBÖ cədvəlinə nəzər yetirilir. Dərs zamanı oyrənilən hissələr əlavə olunur.
Nəticə və ümumiləşdirmə:
Buğumayaqlılar tipi müxtəlif mühitdə yaşayır. Çay xərçəngi isə şirin sularda yaşayır.
Bədəni üç hissədən ibarətdir. Buğumayaqlılar tipinin həzm sistemi ağız, udlaq, qida borusu, mədə, bağırsaqlardan və həzm vəzilərindən ibarətdir.
Qan damar sistemi açıqdır, əsasən, ürək və arteriyadan ibarətdir.
Tənəffüs sistemi xərçəngkimilərdə qəlsəmələrlədir.
İftrazat sistemi bəzi nümayəndəsində malpiqi borusundan, bəzisində isə bir cüt yaşıl borudan ibarətdir.
Sinir sistemi həlqəvi qurdlardakı kimidir, udlaqətrafı sinir halqasından və qarın sinir zəncirindən təşkil olunmuşdur.
Duyğu orqanları - lamisə, qoxu və ya dad orqanları da var.
Əhəmiyyəti: Buğumayaqlılar tipinin həşəratlar sinfi tozlanmada yaxından iştirak edir.
1. Xərçənglərin xarici skeleti olduğuna görə qurudulmuş xərçənglər formasını itirmir;
2. Bu fakt onu göstərir ki, xərçəngkimilər müəyyən yaşa kimi böyüyür, sonra isə onların ölçüləri sabit olur.
Yaradıcı tətbiqetmə:
Dərsin bu mərhələsində şagirdlərə təqdim olunan tapşırıq əsasında qanın hərəkət ardıcıllığı təyin olunur

? →

Damarlar? → 12-6

Qəlsəmələr? → 12-6

cavab: ovalşəkilli ürək- damarlar-bədən boşluğu-qəlsəmələr - ürək (xüsusi dəliklərlə).
Ev tapşırığı:
Yaşadığınız ərazidə buğumayaqlılar tipinin hansı növlərinə rast gəlmisiniz. Bu haqda məlumat yazın.
Qiymətləndirmə:
Qiymətləndirmə qruplar üzrə aşağıdakı cədvəl əsasında aparılır.(Şəkil6)

yuxarı ⤴