1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

IV İslam Həmrəyliyi Oyunları məktəblilər arasında geniş təbliğ olunur
22.04.2017 / No14

 
 

 

 


IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib.
Müsabiqə 6-17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib.
Müsabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24-27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq.
Müsabiqənin I mərhələsinin qalibləri yerli təhsili idarəetmə qurumlarında yaradılmış münsiflər heyəti və mərkəzin əməkdaşlarının iştirakı ilə müəyyən edilərək II mərhələyə vəsiqə qazanacaqlar. Zonalar üzrə sərgilər təşkil ediləcək və hər yaş kateqoriyası üzrə qaliblər diplomlarla mükafatlandırılacaqlar.
II mərhələyə təqdim olunan rəsm əsərləri 8-10 may 2017-ci il tarixlərində Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.



 

yuxarı ⤴