1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“ABŞ-Azərbaycan ədəbi əlaqələri: Yeni nəsr” kitabının təqdimatı olub
22.04.2017 / No14

 

 

 


Bakı Dövlət Universitetinin filologiya fakültəsində filologiya üzrə fəlsəfə doktoru, Bakı şəhəri 147 nömrəli Texniki Humanitar Liseyin direktoru Arif Əsədovun “ABŞ - Azərbaycan ədəbi əlaqələri: Yeni nəsr” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev açaraq kitab haqqında fikirlərini söyləyib. Kitabın elmi redaktoru vurğulayıb ki, monoqrafiyada ABŞ - Azərbaycan ədəbi əlaqələrinin tarixi inkişaf prosesi araşdırılır, yeni nəsr hadisəsinin təşəkkül fərdliyi təhlil edilir.
Qeyd olunub ki, müəllif dünya ədəbiyyatı tarixində yeni nəsr nümunəsi kimi tanınmaqda olan realizə və modernist cərəyanlara aid nümunələrin ideya-məzmun xüsusiyyətlərini göstərməklə yanaşı, bu dövr ABŞ ədəbiyyatının özünəməxsus səciyyəvi cəhətlərini müəyyən edən parametrləri də araşdırmışdır. Tədqiqatçı araşdırdığı mövzu ilə əlaqədar milli ədəbiyyatşünaslığımızda mövcud olan ədəbi-nəzəri tədqiqatları nəzərdən keçirir, onlar haqqında öz fikirlərini bildirir.
Çıxış üçün söz alan BDU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov Arif müəllimin istedadlı, zəhmətkeş bir alim kimi yüksək keyfiyyətlərindən, elmi, pedaqoji fəaliyyətindən söz açıb.
Sonra dosent Namiq Həsənov, 147 nömrəli Texniki Hümanitar Liseyin valideyn icmasının sədri, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Novruz Quliyev çıxış ediblər.
Təqdimat mərasiminin sonunda kitabın müəllifi Arif Əsədov tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

N.İDRİSOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




 

yuxarı ⤴