1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
23.04.2016/№15

 


“2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1673 nömrəli Sərəncamının 26-cı bəndinin icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 

ƏMR EDİRƏM:


1. “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq konfrans 2016-cı ilin 3-5 may tarixlərində Bakı Slavyan Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsi təsdiq edilsin (əlavə olunur).
3. Bakı Slavyan Universitetinin rektoru (A.Hacıyev):
3.1. Konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilati məsələləri həll etsin.
3.2. Konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin aidiyyəti müəssisə və struktur bölmələrinə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, habelə keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 aprel 2016-cı il
 

yuxarı ⤴