1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

“Turin Prosesi 2016”ya dair görüş
23.04.2016/№15

 


Aprelin 21-də Təhsil Nazirliyində “Turin Prosesi 2016”ya start verilməsi məqsədilə ilk görüş keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul şəxsləri, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası Milli Assosiasiyası, Təhsil Problemləri İnstitutu, Avropa Təlim Fondunun Azərbaycan üzrə nümayəndələri və ekspertlər iştirak ediblər.
Təhsil nazirinin müşaviri Famil Mustafayev Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və tərəfdaş ölkələrin iştirakı ilə Peşə Təhsili və Təlimi sahəsində həyata keçirilən islahatlara dəstək olmaq, peşə təhsili sistemləri və siyasətinin təhlili, tərəfdaşların bu məsələdə iştirakının təminatı məqsədilə Avropa Təlim Fondu tərəfindən “Turin Prosesi”nə start verildiyini vurğulayıb. O, “Turin Prosesi” çərçivəsində Azərbaycan üçün peşə təhsili üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin strateji əhəmiyyət daşıdığını və Azərbaycanın bu prosesdən yararlanmasının mühüm olduğunu qeyd edib.
F.Mustafayev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının peşə təhsilinin ölkə üçün prioritet sahə olmasından irəli gəldiyini vurğulayıb və bu sahədə ciddi dəyişikliklərin həyata keçirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib.
Turin prosesinin milli koordinatoru, Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə Turin Prosesinin 2016-cı ildə daha səmərəli şəkildə aparılması və peşə təhsili sahəsində inkişaf üçün prioritet istiqamətləri müəyyənləşdirərək bütün tərəfdaşların iştirakıyla dialoqun qurulmasına dair təkliflər irəli sürüb.
Avropa Təlim Fondunun Azərbaycan üzrə yeni nümayəndəsi Marqareta Nikolovska və sabiq nümayəndə Franka Krestani Azərbaycanda həyata keçirilən müvafiq islahatlara dair mövqelərini bildirib, bir sıra irəliləyişlərin nəzərə çarpdığını və gələcək inkişaf üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

yuxarı ⤴