1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AMEA-nın ümumi yığıncağı keçirilib
29.04.2017 / No15

 

 

 


Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib. Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlərin və istehsal olunan yeni məhsulların nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ümumi yığıncağı giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açıb. Akademik AMEA-nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlər və uğurlarla yadda qaldığını qeyd edən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra mühüm dövlət tədbirlərinin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini bildirib.
Hesabat ilində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar Akademiyada elmi nailiyyətlərin əks olunduğu bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladan Akif Əlizadə akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə çap olunan “Müstəqillik yollarında-25” kitabını xüsusi vurğulayıb. Qeyd edib ki, nəşrdə bu illər ərzində keçilmiş məsuliyyətli və şərəfli yol, qazanılan mühüm nailiyyətlər öz əksini tapır.
2016-cı ildə “Elm haqqında” Qanunun təsdiq olunması ilə elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirildiyini deyən məruzəçi hesabat ilində Rəyasət Heyəti tərəfindən “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsinin hazırlandığını, təsdiq üçün ölkə başçısına təqdim edildiyini qeyd edib.
Ötən il Akademiyanın ümumilikdə 23 dövlət əhəmiyyətli proqramın icrasında yaxından iştirak etdiyini nəzərə çatdıran AMEA rəhbəri elmi-təşkilati sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib. Akademik 2016-cı ildə AMEA-da elmi-təşkilati işlərin yeni əsaslarla qurulduğunu, kadr hazırlığı və elmi-innovativ fəaliyyətin gücləndirildiyini, hüquqi islahatlar həyata keçirildiyini vurğulayıb. Elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmlə istehsalatın inteqrasiyası, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, maddi-texniki bazanın gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Ümumi yığıncaqda hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılıb.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevaya müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə - Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoylanda isə Azərbaycanın mədəni və tarixi irsinin beynəlxalq miqyasda elmi əsaslarla öyrənilməsinə və təbliğinə verdiyi böyük dəstəyə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib.
Tədbirdə Ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın 2016-cı ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində tədqiqatların genişləndirilməsi, neft sənayesinin inkişafı ilə əlaqədar Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyasına dair tədqiqatlara üstünlük verilməsi, AMEA-nın xarici elmi mərkəzlərlə birgə meqalayihələrdə iştirakının davam etdirilməsi ilə bağlı müddəalar yer alır. Bundan başqa, elm və təhsilin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi, elmin informasiya təminatının, innovasiya və elmin kommersiyalaşdırılması sahələrində fəaliyyətin və yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və digər məsələlər də qərarda öz əksini tapır.





 

yuxarı ⤴