1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycanlı tələbələr qızıl medal qazandı
29.04.2017 / No15

 
 

 

 


Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb.
Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Qalib tələbələrdən biri 6 aydır ki, fəaliyyətdə olan İT Step Akademiyasının tələbəsidir.
“WEB Design” nominasiyası üzrə 1-ci yerin qalibləri Elvin Cuvarov, Orxan Qədirov (“E-Tap” komandası), “Character Design” nominasiyası üzrə 1-ci yerin qalibi Vaqif Rüstəmov, “Startup Challenge” nominasiyası üzrə 3-cü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə 3-cü yerin qalibləri Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olub.
Müsabiqə Azərbaycanın və Ukraynanın təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilib. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər.





 

yuxarı ⤴