1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
29.04.2017 / No15

 

 

 


* Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

* Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də imzaladığı sərəncamla sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxsləri orden və medallarla təltif edib.

* Dövlət başçısı İlham Əliyev aprelin 25-də Ə.Ə.Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Niderlandın Kralı Villem-Aleksandra bu ölkənin milli bayramı - Kral Günü münasibətilə təbrik məktubu göndərib.

* Ölkə başçısı İlham Əliyev aprelin 24-də Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya bu ölkənin milli bayramı-Azadlıq Günü münasibətilə təbrik məktubu göndərib.

* Prezident İlham Əliyev aprelin 24-də 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş Prezidenti Haynts Fişeri qəbul edib.




 

yuxarı ⤴