1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SABAH qrupları ilə bağlı tədbirlər
29.04.2017 / No15

 
 

 

 


Xəbər verdiyimiz kimi, SABAH qruplarına 2017-2018-ci tədris ili üçün tələbə qəbulu üzrə müsabiqə elan olunub. Bununla əlaqədar müxtəlif ali təhsil müəssisələrində tədbirlər keçirilir.
Aprelin 26-da Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev tədbirin 2017-2018-ci tədris ilində SABAH qruplarında təhsil alacaq tələbələri məlumatlandırmaq və onları seçim prosesi haqqında təlimatlandırmaq məqsədi daşıdığını bildirib. Ə.Abdullayev universitetin SABAH qruplarında ingilis dili müəllimliyi və tərcümə (ingilis dili üzrə) ixtisasları üzrə 183 tələbənin təhsil aldığını qeyd edib. Bildirib ki, bu il onların 53 nəfəri SABAH-ın ilk məzunları sırasında olacaq. “SABAH-da təhsil almaq böyük imkanlara yol açır” - deyən professor bu qruplarda tədrisin keyfiyyətinin, müəllimlərin bilik və bacarıqlarının digər qruplardan fərqləndiyini vurğulayıb.
Ş.Seyidzadə SABAH qruplarının ali təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin formalaşdırılması məqsədi ilə 2014/2015-ci tədris ilindən etibarən yaradıldığını söyləyib. O, daha sonra SABAH-ın üstünlükləri, SABAH qruplarına qəbul qaydaları, tədrisdə və tədrisdənkənar imkanlar barədə təqdimatla çıxış edib.
***
“SABAH Karyera Akademiyası” çərçivəsində rəsmi tərəfdaş olan “ADA” Universiteti isə SABAH qruplarının tələbələri üçün seminarlar keçirib.
“Magistratura pilləsində təhsilə hazırlıq və planlaşdırma”, “Bazar araşdırması”, “İşəgötürənlərin tələbi: ixtisaslar və sahələr”, “Təhsildən karyeraya keçid” mövzuları üzrə “ADA” Universitetinin Karyera Mərkəzi tərəfindən keçirilmiş 4 günlük seminarda gələcək SABAH məzunlarına karyera inkişafı istiqamətində faydalı məlumatlar verilib, müzakirələr aparılıb.
Hər iki tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.




 

yuxarı ⤴