1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADMİU-da tələbə elmi-praktik konfransı
29.04.2017 / No15

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının təşkilatçılığı ilə “Səhnə danışığının aktual problemləri” mövzusunda tələbə elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq iştirakçılara uğurlar arzulayıb.
Konfransda professor-müəllim heyətindən səhnə danışığı kafedrasının müdiri, əməkdar artist, dosent Azad Şükürov, əməkdar artist, dosent Mahirə Yaqubova, dosent Nadir Hüseynov, əməkdar artist, dosent Ağalar Bayramov, dosent Kəmalə Mehdiyeva, müəllim Əlizaman Mirzəyev və başqaları iştirak edib.
Tədbirdə tələbələr müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər.
Daha sonra tələbələr Elvin Bəxtiyarlı Aygün Həsənoğlunun “İtkinlərə”, Nurlan Süleymanlı C.Məmmədquluzadənin “Pirverdinin xoruzu”, Rəhiməxanım Qüdrətova R.Rövşənin “Qara paltarlı qadın”, Mir Qabil Əkbərov M.Arazın “İnsan qayalar”, Ümüd Abbaszadə M.Ə.Sabirin “Bəhri-təvil”, Ləman Novruzova C.Cavanşirin “Sən elə bilirsən”, Nəzrin Əsgərzadə R.Rövşənin “Kim deyir, yuxuda ölmək asandır”, Rəfiqə Dadaşova G.Hüseynoğlunun “Gənc ananın etirafı”, Fidan Qasımova R.Rövşənin “Özümü sevə bilmirəm”, Ağaəli Kərimzadə, Novruz Şahverdiyev və Əbülfəz İsgəndərov S.Ə.Şirvaninin bədii qiraət nümunələrini səsləndiriblər.
Qeyd edək ki, universitetdə əlli ilə yaxındır ki, fəaliyyət göstərən səhnə danışığı kafedrası bu zaman ərzində sənətdə ilk qədəmlərini atan gənclərin danışıq keyfiyyətlərinin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib. Fəaliyyətə başladığı ilk gündən kafedra danışıq sənəti ilə məşğul olan müxtəlif peşə sahiblərini pedaqoji fəaliyyətə cəlb edərək, gənclərdə peşəkarlıq keyfiyyətlərinin tərbiyəsində uğurlu elmi-pedaqoji və yaradıcılıq yolu keçib.





 

yuxarı ⤴