1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Professor-müəllim heyəti “Şöhrət” muzeyini ziyarət edib
29.04.2017 / No15

 
 

 

 


Aprelin 26-da BSU-nun rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə universitetin professor-müəllim heyəti Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Şöhrət” muzeyini ziyarət ediblər. Qonaqlar öncə dahi şəxsiyyətin muzeydəki büstü önünə əklil qoyublar.
Məlumat verilib ki, “Şöhrət” muzeyində Heydər Əliyevin nəsillərə nümunə olan həyatının bütün dövrlərinə aid qiymətli fotoşəkillər və eksponatlar mühafizə olunur. Muzeydəki unikal sənədlər, arxiv materialları ümummilli liderin ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini, onun şəxsən həyata keçirdiyi və peşəkarlığın zirvəsi sayıla bilən əməliyyatlar haqqında məlumatları əks etdirir. Burada nümayiş olunan ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.
Dahi şəxsiyyətin valideynlərinin və uşaqlıq şəkillərinin mühafizə olunduğu bölmədə nümayiş olunan eksponatlar ümummilli liderin böyük yüksəlişə son dərəcə ağır zəhmət və məşəqqətlər hesabına nail olduğunu göstərir. İkinci bölmə dahi şəxsiyyətin oxuduğu ibtidai məktəb, texnikum, ali təhsil ocağı haqqında qiymətli sənədləri-müxtəlif arayış, attestat, diplom və s. əhatə edir. Burada böyük şəxsiyyətin yalnız əla qiymətlərdən ibarət olan qiymət cədvəlləri də var ki, fikrimizcə, onlar indiki nəslə əsl nümunə ola bilər.
Muzeyin sonrakı bölmələrində Heydər Əliyevi bacarıqlı bir çekist, təhlükəsizlik xidmətinin rəhbəri, dövlət xadimi, siyasətçi, SSRİ dövlətinin rəhbərliyində təmsil olunan şəxs, müstəqil Azərbaycanın qurucusu və memarı kimi xarakterizə edən sənədlər, fotolar, tarixi əşyalar və s. nümayiş olunur.
Muzeyin bölmələrində müstəqil Azərbaycan Respublikasının qurucusunun müxtəlif illərdə aldığı orden və medalların, fəxri fərmanların, dövlət mükafatlarının və s. orijinal və ya surətləri də yer alıb.
Muzeylə tanışlıqdan sonra zalda ulu öndər haqqında qısa filmə baxış keçirilib.




 

yuxarı ⤴