1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Beynəlxalq assosiasiyanın regional vitse-prezidenti ADNSU-da olub
29.04.2017 / No15

 
 

 

 


Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazma Podratçıların Beynəlxalq Assosiasiyasının (İADC) Avropadakı Əməliyyatlar üzrə regional vitse-prezidenti Jens Hoffmark ilə görüş keçirilib. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-da aparılan tədris prosesi, eləcə də tələbələr və yeni layihələr haqqında danışıb. Beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq layihələrindən söz açan rektor, mübadilə proqramları ilə yanaşı universitetdə təhsil alan əcnəbi tələbələr barədə də qonaqlara məlumat verib.
Universitetdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyən İADC-nin regional vitse-prezidenti Jens Hoffmark ADNSU-dakı tədris prosesini yüksək qiymətləndirib. Fəaliyyəti və dünyada neft və qaz qazçıxarma üsulları haqqında danışan qonaq təmsil etdiyi assosiasiyanın missiyaları barədə məlumat verib.
Daha sonra İADC-nin regional vitse-prezidenti Jens Hoffmark qaz-neft mədən fakültəsinin tələbə və müəllimləri ilə görüşüb. Şəxsi inkişaf və təcrübə perspektivləri haqqında tələbələrə danışan qonaq yeni innovativ texnologiyaların tətbiqi və digər texnoloji üsullardan bəhs edib.
Qeyd edək ki, Qazma Podratçıların Beynəlxalq Assosiasiyası (İADC) qeyri-kommersiya təşkilatıdır və 1940-cı ildən bəri dünya neft və qaz qazma sənayesini təmsil edir. Şirkət eyni zamanda neft və qaz kəşfiyyatı, qazma və ya istismar, quyu tikintisi, neft-mədən avadanlığının istehsalı və başqa quyu xidmətləri ilə məşğul olan 1600 üzvü özündə birləşdirir.





 

yuxarı ⤴