1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






TİKA Bakı Proqram Koordinatoru Gəncə Dövlət Universitetində
29.04.2017 / No15

 
 

 

 


TİKA Bakı Proqram Koordinatoru Adem Urfanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetini ziyarət edib və rektor, professor Yusif Yusibovla görüşüb. Görüş zamanı qonaqlara Gəncə Dövlət Universiteti haqqında ətraflı məlumat verilib, gələcəkdə birlikdə hansı sahələrdə əməkdaşlıq imkanlarının yaradıla biləcəyi haqqında səmimi söhbət aparılıb. TİKA Bakı Proqram Koordinatoru Adem Urfa da öz növbəsində rəhbərlik etdiyi qurum və fəaliyyəti, Gəncə şəhərində gələcəkdə planlaşdırdıqları layihələr haqqında ətraflı məlumat verib.
Səmimi söhbətdən sonra GDU tərəfindən TİKA Bakı Proqram Koordinatorluğuna təqdim edilmiş “Kitabxana” layihəsinin müzakirəsi aparılıb. Qeyd edək ki, “Kitabxana” layihəsi GDU-nun yeni tikilən tədris binasında yaradılması planlaşdırılan kitabxananın qurulması üçün nəzərdə tutulub. Müzakirə zamanı layihənin icrası üçün bütün məsələlər müzakirə edilib və tez bir zamanda yüksək nəticənin əldə ediləcəyi vurğulanıb. Daha sonra qonaqlar “Kitabxana” layihəsinin icrası üçün nəzərdə tutulmuş yeni tədris binasını ziyarət edib, kitabxananın qurulması məqsədilə ayrılmış sahəyə baxış keçirib. Baxış zamanı kitabxana üçün müasir şəraitin qurulması istiqamətində məsləhətləşmələr aparılıb, müvafiq məlumatlar toplanılıb. TİKA Bakı Proqram Koordinatoru Adem Urfa tezliklə bu layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyini bildirib.
Sonda Adem Urfa yeni tədris binasının tələb olunan standartlara uyğun təmir edilib tələbələrin istifadəsinə veriləcəyini yüksək qiymətləndirib və bu cür müasir tələblərə cavab verən binanın yaradılmasında xüsusi xidmətləri olan rektor Yusif Yusibova öz minnətdarlığını bildirib.





 

yuxarı ⤴