1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
AzMİU-da Vaqifin 300 illiyi münasibəti ilə elmi seminar
29.04.2017 / No15

 
 

 

 


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin təşkilatçılığı ilə “Molla Pənah Vaqif yaradıcılığının elmi nəzəri dərki” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, AMEA-nın Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədova, AzMİU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.
AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış edərək seminarın işini açıq elan edib. Prorektor Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında 2017-ci il 12 yanvar tarixli sərəncamının əhəmiyyətindən danışıb. A.Şərifov müzakirə olunacaq mövzunun aktuallığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov görkəmli Azərbaycan şairi M.P.Vaqifin zəngin yaradıcılığından söz açıb. O qeyd edib ki, Vaqif hər zaman xalq dilində yazıb, xalqın ruhundan xəbər verən bir şair olub, Qarabağın ictimai-siyasi həyatında xüsusi yer tutub.
AMEA-nın Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədova qoyulan mövzuya diqqət çəkərək qeyd edib ki, Vaqif yaradıcılığının elmi-nəzəri dərkinə ehtiyac duyulur. Sonra o, şairin XVIII əsr Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açıb.
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Salatın Əhmədova Vaqifin ədəbi irsindən bəhs edən məruzə ilə çıxış edib. O, Nizami Cəfərovu Vaqifin 300 illik yubileyi münasibəti ilə yazdığı “Molla Pənah Vaqif” adlı kitabının çapdan çıxması münasibəti ilə təbrik edib.





 

yuxarı ⤴