1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Strateji yol xəritələri “dəyirmi masa”da
29.04.2017 / No15

 
 

 

 


Təhsilin bütün pillələrində keyfiyyət yüksəldilməlidir

Aprelin 27-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi, həm də ölkədə aparılan davamlı və sistemli islahatlar barədə məlumat verib.
Qeyd olunub ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün işçi qrupu yaradılıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Rektor onu da qeyd edib ki, Strateji Yol Xəritəsində təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi və ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı öz əksini tapıb. Yüksəkixtisaslı kadrların hazırlanması, onların daha sivil və kamil səviyyəyə çatmasında ali təhsilin, xüsusilə universitetlərin rolu əvəzsizdir.
Görüşdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin dövlətin iqtisadi siyasətinə təsiri məsələləri”, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev “Azərbaycan neft-kimya sənayesi: perspektivlər, inkişaf planları”, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının müasir strateji hədəfləri”, vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergi siyasəti və davamlı inkişaf”, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüqar Bayramov “Azərbaycanda maliyyə xidmətlərinin dayanıqlı inkişafı post-neft dövrünün əsas prioritetlərindən biri kimi”, ADİU-nun mühasibat uçotu və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Sifariz Səbzəliyev “Təhsil müəssisələrinin idarə edilməsində mühasibat uçotu və auditin rolu”, SDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aynurə Yəhyayeva “Strateji Yol Xəritəsi: milli iqtisadiyyatın inkişafında yeni mərhələ” mövzularında məruzə ediblər.
Tədbir Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, ölkəmizdə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı haqqında Strateji Yol Xəritəsi məsələlərinin müzakirəsi ilə davam etdirilib. Məsələlərlə bağlı təkliflər səsləndirilib.





 

yuxarı ⤴