1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər”
29.04.2017 / No15

 

 

 


Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Konfransda rektor, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulanıb ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Akademik Abel Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparıldığını, sovet dövründə dinlə bağlı sərt qadağaların mövcud olduğunu, həmin dövrdə Azərbaycanda 20-dək məscid fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu xatırladıb.
Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlər-arası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.
Sonra BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir”, fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova “İslam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi” mövzularında məruzə ediblər.
Qeyd edək ki, işini 6 bölmə üzrə davam etdirən konfransda 200-dən çox məruzə dinlənilib.




 

yuxarı ⤴