1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Naxçıvan Dövlət Universitetində elmi konfrans keçirilib
29.04.2017 / No15

 
 

 

 


Nərmin CABBAROVA

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatı ilə birgə görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq bildirib ki, aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi Çinarə Məmmədova “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, tibbi profilaktika ixtisası üzrə III kurs tələbəsi Türkanə Məmmədova “Gözəl həkim, unudulmaz şəxsiyyət” adlı məruzələr ediblər. Qeyd olunub ki, Zərifə Əliyevanın elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim, qayğıkeş həyat yoldaşı, mehriban ana idi.
Tədbirin sonunda bir qrup tələbəyə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.




 

yuxarı ⤴