1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Magistr olmaq istəyən tələbələr üçün böyük imkan
29.04.2017 / No15

 
 

 

 


Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələr və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib. Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlər üçün yaradılan hazırlıq kurslarından danışıb. Rektor əvəzi bildirib ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87%-i magistratura imtahanının birinci mərhələsini keçməyə müvəffəq olub.
Dövlət İmtahan Mərkəzindən (DİM) universitetə təqdim olunan nəticələrdə göstərilir ki, AzTU-dakı kurslarda hazırlaşan və imtahan verən 567 tələbədən 496-sı müsabiqənin I mərhələsini keçib.
Universitetdə bu il ilk dəfə olaraq müsabiqənin II mərhələsi üçün də hazırlıqlar həyata keçiriləcək. Bunun üçün artıq müvafiq kafedralara tapşırıq verilib ki, magistratura imtahanlarının növbəti mərhələsinə kimi I mərhələdə keçid balını toplayan tələbələrlə iş aparılsın.
Görüşdə o da qeyd olunub ki, I mərhələyə hazırlıqda olduğu kimi II mərhələyə hazırlıq prosesində də tələbələrin bilik səviyyəsinin müəyyən edilməsi üçün bir neçə dəfə diaqnostik qiymətləndirmə aparılacaq.





 

yuxarı ⤴