1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq
29.04.2017 / No15

 

 

 


Elitar Gimnaziyada “Aprel zəfəri” adlı tədbir keçirilib

Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətənpərvərlik və hərb tariximizin yeniyetmələr arasında təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.
Vətənpərvərlik tədbirlərinin davamı olaraq, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstəriblər.
Elitar Gimnaziyanın valideyni olmuş şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov qeyd ediblər ki, bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz Vətən torpaqlarının hər bir qarışının nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut ediblər.
Tədbirdə millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digər qonaqlar çıxış edərək bildiriblər ki, Azərbaycan dövləti bir daha bütün dünyaya işğalla heç zaman barışmayacağını nümayiş etdirib. Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.
Daha sonra qonaqlar Elitar Gimnaziyanın şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyə və Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının solistlərinin ifasında kompozisiyaya tamaşa ediblər.





 

yuxarı ⤴