1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şura toplandı
29.04.2017 / No15

 
 

 

 


Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib. İclasda 2016/2017-ci tədris ilində görülən işlər müzakirə edilib. Kollecin Tədris Metodik Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat verib. Hesabatında bildirib ki, tədris ilinin əvvəlində kollec üzrə 14 fənn birləşmə komissiyası (FBK) yaradılıb. Kredit sistemi ilə təhsil alan qrup tələbələri üçün sərbəst işlər vaxtında tərtib edilib və FBK sədrləri tərəfindən təsdiqlənib. “Açıq dərs”lər tərtib və təsdiq edilmiş qrafik üzrə aparılıb. Hər bir müəllim metodiki işlər hazırlayıb və şuraya təqdim edib. İndiyə qədər 116 proqramın elektron variantı hazırlanaraq tədris hissə müdirinə təqdim edilib.
Metodiki Kabinetin müdiri Aynurə Mahmudova hesabatında bildirib ki, tədris ilinin iş planı tutulub, “açıq dərs”lərin hər semestr üçün qrafiki hazırlanıb. Birinci yarımil üçün qrafik üzrə 21, ikinci yarımil üzrə 23 “açıq dərs” keçilib.
Tədris təcrübələrinin yekunlarından danışan tədris-istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov istehsalat və diplomqabağı təcrübələrin təşkili vəziyyətinə toxunub. Bildirib ki, hazırda kollecin 52 qrupundan ümumilikdə 874 tələbə və 112 müəllim təcrübələrin birbaşa iştirakçısıdır. Təcrübələrin təşkili üçün 25-dən çox istehsalat müəssisəsi ilə ikitərəfli müqavilələr bağlanıb. Fevral ayından təcrübələr davam edir və iyun ayının 7-də tam başa çatacaq. Burada iştirak edən tələbələrin yekun ballarının hesablanması meyarlarını və hesabatların müdafiəsini təşkil etmək məqsədilə ayrı-ayrı ixtisaslar üzrə komissiyalar fəaliyyət göstərir. Həmin komissiyaların hesabatından bəlli olub ki, tədris təcrübəsinə gedən qrup tələbələrinin davamiyyəti 96,5 faiz təşkil edib. Yəni, 641 nəfərdən cəmi 23 tələbə nəzərdə tutulmuş qaib limitini xeyli aşıb. Ş.Mikayılov pedaqoji ixtisaslar üzrə 137 tələbədən cəmi 2 nəfərin qeyri-müvəffəq qiymət aldığını, onların da akademik məzuniyyət üçün müraciət etdiyini diqqətə çatdırıb.
İclasda tədris hissə müdiri Təranə Məmmədovanın, tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovun, tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyevin hesabatları da dinlənilib.




 

yuxarı ⤴