1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xarici mətbuatdan
29.04.2017 / No15

 
 

 

 


YUNESKO: Universitet təhsilinə tələbat sürətlə artır

Təşkilat təhsil haqlarını aşağı salmağı tövsiyə edir

Son illərdə universitet təhsilinə tələbatın sürətlə artması müşahidə olunur. Bir çox ölkələrdə bütün arzulayanlar üçün universitetlərdə yer çatışmır, bu isə təhsil haqlarının artmasına və təhsil sahəsində bərabərsizliyin güclənməsinə yol açıb.
Bu barədə YUNESKO-nun yeni məruzəsində bildirilir. BMT-nin xəbərlər xidmətinin məlumatına əsasən, məruzə müəllifləri ölkələri təhsilin hamı üçün əlyetərliyinin təmin olunmasına nail olmağa çağırıb. Onlar xüsusilə də əhalinin zəif kateqoriyaları üçün ali təhsil haqlarını aşağı salmağı, həmçinin tələbələri çox ağır kreditlərlə yükləməməyi tövsiyə ediblər. Konkret tövsiyələrdən biri tələbə kreditləri üzrə ödəmələrin həcminin ali məktəb məzunlarının illik gəlirlərindən 15 faiz çox olmamasıdır. “Ali təhsilə tələbat artmaqda davam edir. Belə tendensiyaya reaksiya verən ölkələr ciddi tədbirlər görməlidirlər ki, ali təhsil yalnız zənginlər üçün imtiyaz deyil, abituriyentlərin müvəffəqiyyət və qabiliyyətlərindən asılı olsun”,-deyə YUNESKO-nun Baş direktoru İrina Bokova bildirib.
Qeyd olunur ki, 2000-2014-cü illər ərzində universitetlərdə tələbələrin sayı ikiqat artaraq 207 milyona çatıb. Zəngin ölkələrdə gənclərin 74 faizi, kasıb ölkələrdə isə cəmi 8 faizi ali məktəblərə qəbul ola bilir. Cənubi Afrikada, məsələn, universitetlərdə bütün ağdərili uşaqların 50%-dən çoxu və yalnız hər altı nəfərdən bir qaradərili uşaq oxuyur. Çində kənd yerlərindən olan gənclərin ali məktəbə daxil olmaq şansı şəhərlilərə nisbətən 7 dəfə azdır.
YUNESKO bu cür ədalətsizliyə son qoymağa və ali təhsilin hamı üçün əlyetərliyinin təmin olunmasına çağırır.


Özbəkistan ali təhsil sistemində islahatlar başlayır

350 müəllim və mütəxəssis dəvət olunacaq

Özbəkistanda 2017- 2021-ci illər üzrə milli ali təhsil sisteminin kompleks inkişafı proqramı təsdiq edilib. Sənəddə qeyd edilir ki, nəzərdə tutulmuş islahatların hədəfi respublikanın ictimai-iqtisadi inkişafının prioritet məsələlərinə uyğun olaraq kadrların hazırlanması prosesinə yenidən baxılması, ali təhsil sisteminin kökündən təkmilləşdirilməsidir. Bundan başqa, beynəlxalq standartlar səviyyəsində mütəxəssis hazırlığını həyata keçirmək üçün zəruri şəraitin təmin edilməsi nəzərdə tutulur. İslahatlar ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, modernləşdirilməsi və onların müasir informasiya-kommunikasiya texnologiyaları, elmi-tədris laboratoriyaları ilə yeniləşdirilməsini ehtiva edir. Proqrama uyğun olaraq, hər il ən azı 350 xarici müəllim və yüksək ixtisaslı mütəxəssislərin Özbəkistanın ali təhsil müəssisələrinə cəlb olunması nəzərdə tutulur. Elmin və milli iqtisadiyyatın real sektorunun inteqrasiyası məqsədilə təhsil və elmi-tədqiqat təşkilatları bir sıra gömrük və vergi güzəşti əldə edəcəklər. Təhsilin keyfiyyətinə səmərəli dövlət nəzarətini təmin etmək üçün keyfiyyətə nəzarət üzrə Dövlət müfəttişliyi yaradılacaq.


Çində ali məktəb məzunlarının sayı rekord həddə çatıb

8 milyondan çox tələbə məzun olacaq

2017-ci ildə Çin universitetlərindən 8 milyondan çox tələbə məzun olacaq. Bu, Çin üçün inanılmaz rəqəmdir. Builki məzunların sayı 1997-ci il məzunlarının sayından 10 dəfə çoxdur. ABŞ-da məzun olanların sayı isə bu rəqəmdən 2 dəfə azdır. Çin ali təhsilinin spesifik xüsusiyyəti ondadır ki, yalnız texniki və təbiətşünaslıq ixtisaslarının məzunları iş tapa bilirlər. Qeyd olunur ki, Çində 1997-ci ilə qədər ali təhsil yalnız şəhər ailələrindən olan vətəndaşlar arasında geniş yayılıb. Lakin Çin hökumətinin 1999-cu ildə universitet təhsilinin gücləndirilməsi barədə xüsusi proqram qəbil etməsindən sonra ali məktəbə axışan gənclərin sayı ildən-ilə artıb. Son 15 il ərzində artım tempi 50 faiz təşkil edib. Bu isə əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin edib.

Oruc MUSTAFAYEV,
xarici mətbuat materialları əsasında

yuxarı ⤴