1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tədqiqat işləri müzakirə olunub
29.04.2017 / No15

 
 

 

 


Nazim NİFTƏLİYEV

Mingəçevir Dövlət Universitetində mühəndislik fakültəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Elm və texnikanın müasir problemləri və inkişaf problemləri” mövzusunda elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Akif Hacıyev Heydər Əliyevin həyat və fəaliyyətinin maraqlı və yaddaqalan məqamlarından bəhs edib. Eyni zamanda ulu öndərin təhsilə göstərdiyi qayğıdan, Azərbaycan ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə olan diqqətindən də ətraflı söz açılıb. Heydər Əliyev demişdir: “Millətin böyüklüyü onun sayı ilə yox, intellektual potensialının gücü ilə ölçülür”. Heydər Əliyev daim intellektual potensialın inkişafına diqqət göstərmiş, çoxlu sayda azərbaycanlı gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmışdır.
Sonra “Qlobal problemlərin həllində elmin rolu”, “Yerli anesteziyaedici birləşmələrin “struktur xassə” asılılığının öyrənilməsində korresiya üsulu”, “Evristika və proqnozlaşdırma”, “Elektrotexnikada asinxron mühərriklərin tətbiqi problemləri və perspektivləri”, “Elm və texnikanın inkişafı sənayenin inkişafının əsas amili kimi”, “İnkişaf etmiş texnosfera və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzularında məruzələr dinlənilib.





 

yuxarı ⤴