1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələr ingilis dilində tamaşa göstəriblər
29.04.2017 / No15

 

 

 


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili müəllimi Rada Gözəlovanın təşəbbüsü ilə P.Traversin “Meri Poppins”, M.Tvenin “Tom Soyerin macəraları əsərləri səhnələşdirilib.
Tamaşanın nümayişində kollecin rəhbərliyi, müəllim, tələbə kollektivi iştirak edib. Tələbələrin onlara tapşırılan rolları məharətlə ifa etməsi, ingilis dilində sərbəst danışmaları, mahnı oxuyub, rəqs etmələri tamaşanı maraqlı edib və onu seyr edənləri razı salıb.
Qeyd edək ki, P.Traversin nağıl qəhrəmanı olan Meri Poppins Benks ailəsində qulluq edir və Ceyn ilə Maykla nəzarət edir. O, çox danışmağı sevmir, həddən artıq sərtdir və vitrinlərdə öz əksinə tamaşa etməyi xoşlayır. Poppins əsl xanımdır və hər mənada mükəmməldir.
M.Tvenin “Tom Soyerin sərgüzəştləri” povestinin baş qəhrəmanı isə sərgüzəştləri sevən dəcəl oğlandır. Tom Poli xalanın evində yaşayır. Poli xala bacısı oğluna hirslənə bilmir, axı o yetimdir. O, yalnız bundan qorxur ki, oğlanla yumşaq rəftar etdiyi üçün gələcəkdə o, şərəfsiz insan kimi böyüyə bilər.
Tələbələr öz istedadları hesabına tamaşada baş verən hadisələri auditoriyaya məharətlə çatdırıblar.
Tamaşa zalda əyləşən müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanıb.
Tamaşanın sonunda kollecin direktoru Qulu Novruzov tələbələrin çıxışını bəyəndiyini qeyd edərək, onlara və müəllimləri Rada Gözəlovaya təşəkkürünü bildirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.





 

yuxarı ⤴