1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təbiət onu sevənlərindir
29.04.2017 / No15

 
 

 

 


Rəşad ZİYADOV

Aprelin 25-də Bakıdakı 238 nömrəli tam orta məktəbdə ekologiya aylığı çərçivəsində “Təbiət onu sevənlərindir” adlı ədəbi-bədii kompozisiya keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbin birinci mərtəbəsindəki foyedə Azərbaycanın iqtisadi rayonlarına və bölgələrinə aid şagirdlərin əl işlərindən ibarət maraqlı sərgi ilə tanış olublar. Hər iqtisadi rayona və bölgəyə aid guşədə həmin yer üçün xarakterik olan məhsullar, habelə bölgəni səciyyələndirən fəaliyyət sahəsinə dair eksponatlar nümayiş olunub.
3 “a” sinif şagirdlərinin ifasında Xəzər dənizi ətrafında yaşayan türkdilli xalqların mədəniyyəti, incəsənəti, tarixi, təbii sərvətləri xatırlanıb, tamaşalar, səhnəciklər göstərilib, mahnılar səslənib və təbiətin gözəlliklərindən söz açılıb. Müxtəlif məqamlarda səslənən muğam parçaları və ifa olunan “Lalələr” rəqsi kompozisiyanı daha da rövnəqləndirib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi və başqaları çıxış edərək ekoloji mövzuda sərginin onlarda xoş təəssürat yaratdığını, təhsil ocağında şagird yaradıcılığına, axtarışlarına böyük fikir verildiyini bildirdilər. Konfransın əhəmiyyətini xüsusi qeyd edən qonaqlar belə tədbirlərin şagirdlərin intellektini inkişaf etdirdiyini, müəllimlərin bu işdə aparıcı rol oynadığını diqqətə çatdırıblar.
“Ekoloji pozuntular”ın acı nəticələrindən bəhs edən slaydlar nümayiş etdirildi.
Sonda məktəbin direktoru İlqar Talıbov tədbirə gələn qonaqlara təşəkkürlərini bildirərək ekologiya aylığı çərçivəsində təhsil ocağının ərazisində şagirdlərin yaxın köməkliyi ilə müxtəlif ağac növlərinin və gül kollarının əkilib becərildiyini qeyd edib.





 

yuxarı ⤴