1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Coğrafi biliklər turizmə dair bacarıqlar formalaşdırır
29.04.2017 / No15

 
 

 

 


Sifai SƏFƏROVA

Aprelin 27-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda “dəyirmi masa” keçirib. Gənc nəsildə səyahət, gəzinti, ekskursiyaya-turizmə olan marağı genişləndirmək və möhkəmləndirmək məqsədilə keçirilən tədbiri Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müdir müavini Səlimə Allahverdiyeva açaraq müzakirə olunacaq mövzu barədə məlumat verib.
Sonra “Azərbaycan regionlarının dayanıqlı inkişafında turizm təsərrüfatının əmək formalaşmasına təsiri”, “Azərbaycana gəlmə turizmi və onun problemləri”, “Azərbaycanda turizmin müasir inkişaf problemləri”, “Gənclərin turizmdə rolu”, “Məktəbdənkənar və sinifdənxaric işlərdə uşaq və gənclərin formalaşmasında coğrafiya fənninin rolu”, “Turizmin davamlı inkişaf problemləri”, “Turizmin inkişafında coğrafiyanın rolu”, “Kənd turizmi və onun Azərbaycanda inkişaf etdirilməsi yolları” mövzularında məruzələr dinlənilib.
Vurğulanıb ki, turizm bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən sektora çevrilib. Hər il minlərlə insan səyahət həvəskarları şırasına qoşulur və bu hərəkat getdikcə daha da genişlənir. Günümüzün tələblərinə uyğun olaraq bizi əhatə edən dünyanı öyrənən bütün təbiət elmlərinə, xüsusilə coğrafi biliklərə sahib olmaq zərurəti yaranıb. Məktəb dövründə tədris olunan coğrafiya fənni ilə təməli qoyulan bu elmin faydası gündəlik həyatımızın hər bir sahəsində özünü büruzə verir. Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və həmin imkanlardan kifayət qədər istifadə edilir.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışında ekologiya, turizm, diyarşünaslıq, yaradıcılıq yönümlü uşaqlarla işin təşkili və layihələrə cəlb olunması işinin genişləndirilməsini təklif edib. Paytaxtın ümumtəhsil məktəblərində coğrafiya fənnini tədris edən müəllimlərin bu layihəyə qoşulmasının vacibliyi vurğulanıb.
Sonda mövzu ətrafında müəllimləri maraqlandıran suallar cavablandırılıb.




 

yuxarı ⤴