1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Metodika
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri
29.04.2017 / No15

 

 

 


Birləşmiş Millətlər Təşkilatı 25 sentyabr 2015-ci il tarixində Dayanıqlı İnkişafın Qlobal Məqsədlərini qəbul edib. Bununla bağlı "Dünyanın ən böyük dərsi" (World's Largest Lesson) ideyası irəli sürülüb. Bu ideya ondan ibarət idi ki, həmin il sentyabrın 27-dən başlayaraq həftə ərzində bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslər keçilsin.
“Dünyanın ən böyük dərsi” - Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin elan edilməsi ilə əlaqədar birgə təhsil layihəsidir. Bu layihə 17-ci məqsədin -“Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” məqsədinin mühümlüyünün canlı sübutudur.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə üzv qurum kimi qlobal məqsədlərin təbliğinə həsr olnmuş həmin dərslərin Azərbaycan dilinə tərcüməsini və məktəblərdə təbliği missiyasını öz üzərinə götürüb. İnstitut həmin dərslərin icmallarını müəllimlərə təqdim edir. Müəllimlər öz dərslərini bu icmallar əsasında keçə bilərlər.
Dərsi müəllimlər münasib bildiyi və ya imkanı olan vaxt keçə bilər. World’s Largest Lesson saytında olan materiallar dərsi keçməkdə müəllimlərə kömək edər. Müəllimlər materialları tədris üsullarına və məktəb şəraitinə uyğunlaşdırıb istifadə edə bilərlər. Materiallar 8-14 yaşlı uşaqlar üçün hazırlanıb, lakin onlar istənilən yaş qrupuna uyğunlaşdırıla bilər.
QEYD: Müəllimlər dərslərdə müzakirə apararkən həssas olmalı və şagirdlərin həyat təcrübəsini nəzərə almalıdır. Sinfi elə bir “təhlükəsiz" məkana çevirməlidir ki, şagirdlər qorxmadan ideyalarını və hətta həyatlarında baş vermiş hadisələri bölüşə bilsinlər. Bəzi şagirdlər müəyyən müzakirələrdə iştirak etməməyi xahiş edə bilər, onların xahişinə hörmətlə yanaşılmalıdır.
Mövzu: “Qlobal məqsədlərə giriş”
Ümumi vaxt: 30 dəq.
Mövzu geniş auditoriya, sinif və fərdi məşğələlər üçün nəzərdə tutulub.
Təlimin nəticəsi:
Şagirdlər Qlobal məqsədləri və bu məqsədlərin nə üçün lazım olduğunu izah edə biləcəklər.
Hazırlıq: İmkan daxilində “Qlobal məqsədlər”i 2-ci və ya 3-cü əlavələrlə çap edərək sinifdə görünən yerdə yerləşdirin və ya ekranda göstərin. Şagirdlərin bu məqsədlərlə bağlı təkliflərini yazması üçün lövhə hazırlayın.
Yekun tapşırıq - plakat üçün kvadrat formasında vərəqlər hazırlayın.
Əlavə
Qlobal məqsədlərlə bağlı əlavə məlumat almaq üçün www.globalgoals.org saytına daxil olun. Digər dərs planları və iştirak üçün isə www.globalgoals.org/worldslargestlesson saytına müraciət edin.
Davamlı inkişaf üçün Qlobal məqsədlərə giriş.
Giriş -10 dəq.
Şagirdlər sinfə gəlməmişdən əvvəl ictimai baxış və müzakirə üçün aşağıdakı sualları hazırlayın: “Sizcə, bizim cəmiyyətdə (ölkədə) dünyada insanlar hansı böyük problemlərlə üzləşir?” (zərurət olarsa, sualın qoyuluşunu dəyişə bilərsiniz)
Şagirdləri bu sual ətrafında başqası kimi düşünməyə sövq edin. Məsələn, deyə bilərsiniz ki, “Sən özünü prezidentin yerinə qoy və onun kimi düşün”.
Cütlərlə iş formasında şagirdlər onların yaşadığı cəmiyyət, ölkə və ya dünyada yaşanan daha böyük problemləri müəyyən etməlidirlər. Daha sonra siz şagirdlərin söylədiyi bəzi fikirləri seçirsiniz. Bu fikirləri lövhədə qeyd etmək olar.
Əgər ehtiyac olarsa, əlavə 1-də qeyd olunan açar sözlərə müraciət edə bilərsiniz.
Qlobal məqsədlər - 5 dəq.
Şagirdlərə qlobal məqsədləri göstərin və onların qeyd etdiyi problemlərdən hansının bu məqsədlər arasında olduğunu birlikdə müəyyənləşdirin.
Böyük auditoriyalarla iş zamanı siz 17 şagird seçərək onları sinfin qarşısında arxaları sinfə doğru düzə bilərsiniz. Hər şagird əlində qlobal məqsədlərdən biri yazılan vərəq tutmalıdır. Auditoriyada əyləşən şagirdlər problemləri səsləndirdikcə həmin problemləri həll edə biləcək “Qlobal məqsəd” (yəni, əlində həmin problemin həllinə aid olan kart tutan şagird) üzünü auditoriyaya çevirməlidir.
Qlobal məqsədləri anlama - 10 dəq.
Şagirdlər Ken Robinsonun animasiya filmini izləyir. Filmi həm böyük ekrandan, həm də internetə girərək www.globalgoals.org/world slargestlesson. saytından izləmək olar.
Şagirdlər həmçinin www.globalgoals.org/worldslargestlesson saytına daxil olaraq kiçik plakatlarla da tanış ola, hər şəkli mobil telefonlarına və ya planşetlərinə yükləyə bilərlər.
Tapşırıq -5 dəq.
Şagirdlərə “Qlobal məqsədlər mənin üçün vacibdir, ona görə ki,” cümləsini tamamlamağı tapşırın. Şagirdlərin fikirlərini yazması üçün söz həddi qoyun (məsələn, 20 sözdən ibarət və s.). Sonra həmin fikirləri qəzet başlığı və ya tvit kimi @TheGlobalGoals#largestlesson ünvanına göndərin.
Əlavə və ya alternativ yekun. 12sm x 12sm ölçüsündə kağızdan kvadratlar hazırlayın. Həmin kvadratları şagirdlərə verin və tapşırın ki, öz yaradıcı təxəyyüllərini işə salaraq problemlərin həlli üçün fikirləri özündə əks etdirən kiçik plakatlar çəksinlər. Onlara tapşırın ki, çəkdikləri plakatlarda yazı yazmaq üçün də yer ayırsınlar və qeyd olunan problemin həlli üçün hansı qlobal məqsədə nail olmaq lazım olduğu haqqında başlıq yazsınlar. Daha sonra həmin plakatları şagirdlərdən yığın və məktəbdə bu istiqamətdə maariflənmə işlərinin aparılması üçün məktəb ictimaiyyətinə çatdırın. Həmin plakatların şəklini çəkərək, bizim The Global Goals face-səhifəmizdə paylaşın və ya tvit göndərin.
Növbəti layihə:
www.dfcworld.com saytına daxil olun və şagirdlərdə baş verən dəyişiklikləri bizimlə paylaşın. İcmamızda FİDS modelindən istifadə edərək öz şəxsi qrup layihənizi yaradın və uğurlarınızı bizimlə bölüşün. www.dfcworld.com.
Əlavə 1.
İnsanlığın aktual problemləri (əgər zərurət yaranarsa, açar söz kimi aşağıdakılardan istifadə edə bilərsiniz).
* Kasıblıq
* Ölkələr arası tarazlığın pozulması
* Aclıq
* Zəifləmiş sağlamlıq və xəstəliklər
* Çirkli su
* Anti-sanitariya
* Təhsilin aşağı səviyyədə olması - bəzi uşaqların məktəbə gedə bilməməsi
* Aztəminatlı iş və iş yerlərinin çatışmamazlığı
* Zəif iqtisadi artım -insanların tələbatlarını ödəmək üçün ölkənin kifayət qədər büdcəyə malik olmaması
* Gender tarazlığının pozulması - qadın və kişiyə fərqli münasibətin yaranması, onlara eyni imkanların yaradılmaması
* Müharibələr, iğtişaşlar və stabil olmayan vəziyyət
* İnsanların özünü təhlükəsiz hiss etməməsi
* İnsana qarşı zorakılıq
* Ədalətsizlik və rüşvətxorluq
* İnsan hüquqlarının pozulması
* Ölkələrin heç vaxt bir-birləri ilə birlikdə və ümumi razılaşmalara əsasən münasibət qurmaması
* İnsanların rahatlığının pozulması - enerji qıtlığı
* Zəif infrastruktur, inkişaf etməmiş texnologiya və kommunikasiya
* Təhlükəli zonada yerləşən şəhər və kəndlər
* Qeyri-stabil həyata malik şəhərlər
* Resursların böyük itkisi və itirilən resursların yenidən istifadəyə yararlı olmaması
* İqlim dəyişikliyi
* Dəniz və okeanların çirklənməsi
* Bəzi yaşayış yerlərinin tərk edilməsi
* Texnoloji alətlərin əlçatan olmaması, telefon və kompüterlərin çox baha olması
* İnsanların özünü qorunan hiss etməməsi
* Əhali artımı
* Piylənmə
* İrqçilik
* Kiçik şəhərlərin yox olması

yuxarı ⤴