1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Düzbucaqlı üçbucağın yeni üsulla həlli
29.04.2017 / No15

 

Qasimi MEHDİYEV,
Tovuz rayonu E.Bayramov adına Əyyublu kənd tam orta məktəbinin riyaziyyat müəllimi

Gənc nəslə yeni metodlarla təlim və tərbiyə verilməsi dövrümüzün zəruri şərtlərindən biridir.
Əsas tələblərdən biri də şagirdləri elə bilik və bacarıqlarla silahlandırmaqdır ki, onlar öz biliklərini sərbəst şəkildə artırmaq imkanına malik olsunlar.
Peşəsini sevən müəllim yaxşı müəllimdir, həm fənnini, həm də uşaqları sevən müəllim isə əsl müəllimdir.
Hər bir müəllim tədris etdiyi materialı lazımi metodlarla şagirdlərə mənimsətməyi bacarmalıdır. Mən müəllim həmkarlarımla söhbət zamanı belə bir devizi əsas tutmağı tövsiyə edirəm: “Yaxşı müəllim olmaq istəyirsənsə öz bilik və bacarığını şagirdlərdən əsirgəmə”.
Həyatda baş verən dəyişikliklərlə uyğunlaşmaq və səmərəli fəaliyyət göstərmək o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarsın.
Müasir dərs, ilk növbədə, yaradıcı olmağı tələb edir. Məhz bu tələbi nəzərə alaraq mən fənnimin tədrisinə yaradıcı yanaşır, axtarışlar aparıram. Belə axtarışlarımdan birinin nəticəsində “Düzbucaqlı üçbucaqların həlli” mövzusunu tədris edərkən yenilik etmişəm. Dərsliklərimizdə və digər ədəbiyyatlarımızda yazılır ki, düzbucaqlı üçbucağın həlli üçün onun ən azı digər 2 elementi verilməlidir ki, yerdə qalan üçüncü elementini tapmaq mümkün olsun. Mən tədris prosesində xüsusi hal olaraq tərəflər natural ədədlər olduqda a≥3
şərti daxilində (a kiçik tərəfdir) istənilən düzbucaqlı üçbucağın kiçik katetinə görə, yəni, bir elementə görə yerdə qalan elementlərini tapmağı şagirdlərə öyrədirəm. Halbuki düzbucaqlı üçbucağın bir katetə görə digər elementlərinin tapılması barədə dərsliklərimizdə məlumat yoxdur.
Məsələn, əgər kiçik a katetinin uzunluğu tək ədəd olarsa  a≥3 digər katet və hipetonuzu belə tapıram: (Cədvəl1)

Beləliklə, fikrimizin doğru olduğunu isbat etdik.
Bu fikri a=2n+1 (yəni tək ədəd olan hal) halı üçün də isbat edə bilərik.
Beləliklə, sonsuz sayda Pifaqor ədədləri tapa bilərik. Qeyd edim ki, bu yeniliyimlə bağlı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə müraciət etmiş və müvafiq şəhadətnamə almışam.
Müəllim tədris prosesində öz təcrübə metodlarını şagirdlərə dərindən aşılamalıdır.
Müəllim dərsin təşkilatçısıdır və onun müasir tələblərə cavab verən dərs qura bilməsi, yeni pedaqoji texnologiyalara yiyələnməsi və tətbiq etməsi vacibdir.
Təhsil sahəsində aparılan islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Milli Kurikulum islahatı da məhz bu məqsədin reallaşmasına xidmət edir.
Müəllimin sinifdə yazı lövhəsində keçdiyi ənənəvi dərslər sıradan çıxmalı və ya əsaslı şəkildə dəyişməlidir.
Müasir dərs dövrün tələblərinə cavab verən müstəqil və məsuliyyətli pedaqoji ustalığa əsaslanır. Dövrümüz yüksək texnologiyalar dövrüdür, bu texnologiyalara isə ancaq elmi biliklərlə yiyələnmək olar. Elm isə təhsildən başlayır.
Riyaziyyatın tədrisində texnologiyanın nailiyyətlərinin tətbiqi təlimin səmərəli təşkilinə xidmət edir. Hər bir müəllim tədris olunan mövzu ilə həmin mövzunun tədrisi üsulları arasında qarşılıqlı uyğunluq axtarmalıdır.

yuxarı ⤴