1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Vətənimin seyrinə çağırıram elləri”
29.04.2017 / No15

 

 

 


Rəşad ZİYADOV

Aprelin 22-də Bakıdakı 283 nömrəli tam orta məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyinə həsr olunmuş növbəti “Vətənimin seyrinə çağırıram elləri” adlı tədbir keçirilib.
Mərasim başlamazdan öncə qonaqlar məktəbin foyesində ekologiya mövzusunda açılmış sərgi ilə tanış olublar. Sərgidəki ayrı-ayrı stend və guşələrdə şagirdlərin əl işləri, rəsm əsərləri, hazırladıqları referatlar və albomlar nümayiş olunub.
Tədbirdə şagirdlər tərəfindən Vətən təbiətinin gözəlliyini vəsf edən çıxışlar edilib. Azərbaycanın “Qırmızı kitab”ına düşmüş heyvan və bitkilərin qorunmasına həsr olunmuş səhnəciklər göstərilib. Səhnədə yer alan istedadlı məktəblilər "Həyat, sən kiminsən" şeirini və "Azərbaycan" mahnısını ifa ediblər. Mahnıdan sonra aparıcılar səhnəyə çıxıb növbə ilə ekologiyadan, onun harmoniyasını gözləməyin zəruriliyindən, insanın təbiətdən qaydasız istifadəsi nəticəsində dünyanı bürümüş ekoloji böhrandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ekoloji sağlamlaşdırma sahəsində aparılan işlərdən, həyata keçirilən tədbirlərdən söz açıblar. Onların çıxışları ekologiya mövzusunda şeir, mahnı, səhnəciklərlə növbələşib.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək son illər təhsil ocağında görülən işlər, əldə olunan uğurlar haqqında məlumat verib. Layihənin əsas qayəsinin məktəblilərin mənəvi, əxlaqi, vətənpərvərlik tərbiyəsi, onların gələcəyə baxışlarını istiqamətləndirmək, dünyagörüşlərini genişləndirmək olduğunu deyən direktor həmin tədbirlərin təşkilində böyük zəhməti olan müəllimləri qonaqlara təqdim edib, onlara öz minnətdarlığını bildirib.





 

yuxarı ⤴