1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
29.04.2017 / No15

 
 

 

 


Yeni sistem təqdim olunub

Yusif ƏLİYEV

Almaniyanın “Mercedes-Benz” şirkəti sürücünün vəziyyətini müşahidə edən yeni sistemini təqdim edib. Belə ki, “Vitality Coach” adlı yeni system məlumatları kompüterə ötürərək sürücünün yorğunluğunu müəyyən edir.
www.dni24.com  saytının məlumatına görə, texnologiyanın hazırlanmasında ekspertlər, o cümlədən fizioterapevt, psixoloq və terapevtlər iştirak edib. Sistem tezliklə “Mercedes-Benz” avtomobillərinin yeni modifikasiyalarında tətbiq ediləcək. Şirkət nümayəndələri qeyd edirlər ki, sürücünün sağlam və gümrah olması təhlükəsizliyin zəmanətidir, “Vitality Coach” sistemi də məhz bu məqsədlə hazırlanıb. Yeni texnologiyada yüksək ayırdetmə dəqiqliyinə malik bir neçə kameradan istifadə edilib. Onlar bəzi əlamətlərə görə sürücünün yorğunluğunu müəyyən edir və sürücü kreslosunun vəziyyətinin dəyişdirilməsi, havanın ionlaşdırılması və s. kimi əməliyyatları yerinə yetirməyi təklif edirlər.
Mütəxəssislər sistemin təkmilləşdirilməsi üzərində çalışırlar. Belə ki, sistemin sürücünü avtomobildən kənarda da izləyə bilməsi planlaşdırılır.



Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk hazırlanıb.
www.tech.onliner.by  saytının məlumatında bildirilir ki, od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin istehsalına 2021-ci ildə başlanılacaq. Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanması, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri kimi başlanılıb.
Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. Onun fikrincə, “əbədi” disklərə IT-şirkətləri tərəfindən də böyük tələbat olacaq.


Robot poçt işçiləri

Dünyanın bir çox poçt qutuları çeşidləyən iri zavodlarında minlərlə insan işləyir. Lakin Çinin böyük kuryer şirkətlərindən olan “Shentong” işçiləri artıq “diribaş” robotlarla əvəz edib.
www.24gadget.ru  saytının məlumatına görə, onlar gün ərzində 200 000-ə qədər bağlamanı ildırım sürətilə çeşidləyərək təyin olunmuş ərazilərə yerləşdirirlər. Robotlar yorulmaq bilmədən 24/7 rejimində işləyir və enerji bitdikdə yenidən yüklənmə stansiyasına müstəqil yola düşürlər.
Şirkətdən bildiriblər ki, robotlar insanlarla müqayisədə işin öhdəsindən 70% daha effektiv gəlirlər. Buna səbəb robotların çarxlar və poçtun göndərilməsilə bağlı təyinatı tanıyan ştrix-kod skaneri ilə təchiz olunmasıdır.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴