1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Təhsil naziri UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini ilə görüşüb
30.04.2016/№16

 


Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb.
Görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb.
Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək qiymətləndirilib.
Eyni zamanda, görüşdə təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb.
Daha sonra tərəflər Azərbaycan və UNESCO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

yuxarı ⤴