1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16593 müraciət daxil olub
05.05.2017 / No16

 
 
 

 

 


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 16593 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14146 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2447 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub.
 

yuxarı ⤴